Logo

Gömrük Akademiyasının əməkdaşları canlı yayımda ictimaiyyətin suallarını cavablandırıblar

23.08.2021 19:33 560 baxış
IMG

Dövlət İmtahan Mərkəzi tərəfindən 2021/2022-ci tədris ili üzrə Azərbaycan ali təhsil müəssisələrinə qəbul üçün keçirilmiş test imtahanlarının nəticələrinə əsasən ali məktəblərə sənəd vermiş abituriyentlərin ixtisas seçimi bu il avqustun 20-dən 30-dək aparılır.

Dövlət Gömrük Komitəsinin Akademiyasının ixtisaslarını seçmək istəyən abituriyentlər, onların valideynləri, ümumilikdə geniş ictimaiyyət üçün ixtisas seçimi ilə bağlı sualları cavablandırmaq üçün avqustun 23-də ”Virtual açıq qapı” - canlı yayım təşkil olunub.

Akademiyanın rəsmi facebook səhifəsindən paylaşılan canlı yayımda izləyicilər onları maraqlandıran sualları şərh bölümündə yazaraq Akademiya əməkdaşlarına birbaşa çatdırıblar.

İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Zeynab Kazımovanın moderatorluğu ilə təşkil olunan canlı yayımda sualları Tədris-metodiki işin təşkili şöbəsinin rəisi İslam Hüseynov, Monitorinq və qiymətləndirmə şöbəsinin rəisi Araz Aslanlı, İKT-nin tətbiqi şöbəsinin rəisi İsmayıl Sadıqov, "İxtisas fənləri" kafedrasının müdiri Elvin Əlirzayev və Beynəlxalq əməkdaşlıq üzrə böyük mütəxəssis Elvin Məcidov cavablandırıblar.

Xəbər lenti