Moskvaətrafı qəsəbələrdən birində yerləşən məktəbin məzunu intihar edib.
Tehsil.biz kp.ru-ya istinadən xəbər verir ki, orta məktəbi əla qiymətlərlə başa vuran qız ali məktəbə daxil olmadığı xəbərini eşitdikdən sonra bu addımı atıb. Maraqlıdır ki, qız həddən artıq imkanlı bir ailədə böyüyüb.
Çox böyük səbirsizliklə qəbul nəticələrini gözləyən qıza valideynləri naharat olmamağı bildirsələr də, ona bu sözlər təsir etməyib. Və ağıllarına da gəlməyib ki, övladları intihar edə bilər. Lakin axşam polis evlərinə zəng edib, qızın intihar etdiyini bildirib.
Milli.Az