Moskva meri Sergey Sobyanin məktəb müəllimlərinin tibbi maska taxmadan işləmələrinə icazə verilməsini təklif edib.
AZƏRTAC xəbər verir ki, onun sözlərinə görə, Moskva regionunda müəllimlərin 80 faizi koronavirusa qarşı peyvənd olunub. Mer vurğulayıb ki, məktəblərdə şagirdlərin tibbi maska taxması vacib deyil və müəllimlər də məktəbdə maskadan istifadə etməyə bilərlər.
Eyni zamanda, yeni dərs ilindən pandemiya dövründə tətbiq edilmiş digər tələblər, o cümlədən bədən hərarətinin ölçülməsi, növbəli təhsil prosesinin saxlanması vacibdir.
S.Sobyanin ümidvar olduğunu bildirib ki, bu il onlayn rejimə keçidə ehtiyac qalmayacaq.
Qeyd edək ki, avqustun 24-də Rusiyada 18 min 833 nəfərdə koronavirus aşkarlanıb. Moskvada bir gündə 1105 yoluxma faktı qeydə alınıb.