Logo

Plan yerləri artırılan və azaldılan universitetlər - RƏQƏMLƏR

25.08.2021 14:30 759 baxış
IMG

2021-ci ildə ali təhsil müəssisələrinə qəbul zamanı ən çox birinci ixtisas qrupu üzrə dövlət sifarişli plan yerləri artırılıb.

Dövlət İmtahan Mərkəzindən (DİM) Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, birinci qrup üzrə dövlət sifarişli yerlərin sayı 2020-ci illə müqayisədə 820 yer olmaqla 8.82 faiz artırılıb.

2020-ci ildə dövlət sifarişli plan yerlərin sayı 9292, 2021-ci ildə isə 10112 olub.

2021-ci ildə dövlət sifarişli yerlərin artım faizinə görə birinci yerdə Lənkəran Dövlət Universiteti qərarlaşıb. Belə ki, universitetdə dövlət sifarişli plan yerlərinin sayı 2020-ci ildə 385 olduğu halda, 2021-ci ildə bu göstərici 165 yer artırılmaqla 550-ə çatdırılıb.

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti dövlət sifarişli plan yerlərinin artımına görə ikinci pillədə qərarlaşıb. 2020-ci ildə dövlət sifarişli plan yerləri 2820, 2021-ci ildə isə 140 yer artırılmaqla 2960 olub.

Dövlət sifarişli plan yerlərinin azalması üzrə "lider" Bakı Dövlət Universitetidir. 2021-ci ildə bu ali təhsil müəssisəsində 45 dövlət sifarişli plan yeri azaldılıb. Bu il BDU-da dövlət sifarişli yerlərin sayı 1500 olaraq müəyyənləşib.

Azərbaycan Dövlət Aqrar Universiteti (Gəncə şəhəri), Azərbaycan Texnologiya Universiteti (Gəncə şəhəri), "Naxçıvan" Universiteti (Naxçıvan şəhəri) hər birində 20 dövlət sifarişli plan yerinin azalması ilə növbəti sırada yer alıb.

Xəbər lenti