Statistik göstəricilərə əsasən I tur üzrə 9825 nəfərin, 2-ci tur üzrə isə 643 nəfərin müraciəti ali təhsil müəssisələri tərəfindən təsdiq edilib.
Müsabiqənin nəticələrinə əsasən, ali təhsil müəssisələrinin magistratura səviyyəsinə ayrılmış 11135 yerin 92.83 %-i dolub. Bu son illər qeydə alınmış ən yüksək göstəricidir. Ötən il müvafiq göstərici 88.4%, 2019-cu ildə isə 78.1% olub.
Qeyd edək ki, qeydiyyat prosesi ilk dəfə cari ildən etibarən elektron formada həyata keçirilib.
Müraciətlərin elektronlaşdırılması nəticəsində tələbələr təhsil müəssisəsinə getmədən sürətli qeydiyyat, təhsil haqqının onlayn ödənilməsi, ödənişli əsaslarla qəbul olanlar sosial güzəşt, dövlət sifarişli qəbul olanlar isə qanunvericiliyin imkan verdiyi çərçivədə müəyyən olunmuş təqaüdün iki mislindən az olmayaraq təqaüdün əldə edilməsi üçün müraciət və digər imkanlardan daha çevik və rahat faydalana bilirlər.