Logo

Təhsil Nazirliyi: Şagirdlər 2021-2022-ci tədris ilində əvvəl geyindikləri formanı geyinəcəklər

27.08.2021 14:09 1879 baxış
IMG

Yeni vahid məktəbli forması üçün geyim təsvirləri hələ təsdiqlənmədiyindən şagirdlər 2021-2022-ci tədris ilində əvvəl geyindikləri formanı geyinə bilərlər.

Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Təhsil Nazirliyindən məlumat verilib.

Xatırladaq ki, məktəblilər üçün yeni geyim nümunələri ilə bağlı layihə təsdiq üçün Nazirlər Kabinetinə təqdim edilib. Layihənin hazırlıq mərhələsində geyim təsvirləri ictimaiyyətin, eyni zamanda, geyim üzrə mütəxəssislərin və geyim istehsalı ilə məşğul olan müəssisələrin müzakirəsinə çıxarılıb, onların rəy və təklifləri nəzərə alınıb.

Xəbər lenti