Şərur şəhər 1 nömrəli tam orta məktəbin məzunu Günel Əhmədli III ixtisas qrupunda 625 bal toplayaraq rayon üzrə yüksək nəticə göstərən abituriyentlər sırasına adını yazdırıb.
O bildirib ki, 5-ci, 6-cı sinifdən ən böyük arzum böyüyəndə hüquqşünas kimi çalışmaq, ölkəmə, dövlətimə, xalqıma xidmət etmək olub.
"Elə bu məqsədlə Naxçıvan Dövlət Universitetinin Hüquqşünaslıq ixtisasını seçəcəyəm. İnanıram ki, topladığım bal, eləcə də ali təhsil ocağında yaradılan müasir tədris şəraiti bu ixtisasa yiyələnməyimə imkan verəcək".