Azərbaycan Respublikasının xarici siyasətində olan uğurlar təbii ki, danılmazdır. Bu uğurların başlanması Ulu Öndərimiz Heydər Əliyevin dövründən başlanır. İndi isə onun varis və davamçısı Cənab İlham Əliyevin simasında davam etdirilir.
44 günlük Vətən müharibəsi ərzində Azərbaycan Respublikasının hərbi gücü ilə yanaşı sərgilədiyi mükəmməl diplomatik savaş bir daha onun göstəricisidir ki, Azərbaycan Respublikası həm hərbi, həm də diplomatik cəhətdən inkişaf etmiş bir dövlətdir. Azərbaycanın bu gücünə düşmən mövqesi də bələddir. Bundan əlavə əgər hər hansı bir provikasiya xarakterli və ya işğalçılıq siyasəti yürüdülərsə Azərbaycan Respublikası hər zaman öz gücünü bir daha göstərməyə hazırdır. "Dəmir yumruq" İlham Əliyevin də dediyi kimi hər zaman yerindədir. Ermənistan tərəfi artıq bu məkirli siyasətindən əl çəkməli və öz xeyirlərinə, həmçinin, Azərbaycan Respublikasının maraqlarına uyğun olaraq sülh şəraitində yaşamağa davam etməlidir. Cənab prezidentimizin də vurğuladığı kimi bizim üçün artıq müharibə bitmişdir, biz artıq növbəti mərhələlərə, iqtisadi-siyasi inkişafımıza baxırıq. Cənab İlham Əliyevin simasında Azərbaycan Respublikası daim çiçəklənən dövrünü yaşayacaq. Respublikamızda gənclər üçün yaradılmış şəraitdən dolayı bir daha gənclər adından Cənab Prezident İlham Əliyevə öz təşəkkürlərimizi bildiririk.
Əhmədağa Babaşov
"8 Noyabr" İctimai Birliyinin Sədri