Logo

Bu abituriyentlər buraxılış vərəqələrini çap edə bilərlər

27.08.2021 18:34 719 baxış
IMG

Aşağıdakı komissiyalar üzrə qabiliyyət imtahanı verməli olan abituriyentlər buraxılış vərəqələrini çap edə bilərlər.

Digər komissiyalar üzrə buraxılış vərəqələrinin verilməsi haqqında məlumat veriləcək.Buraxılış vərəqəsini çap etmək üçün link: https://eservices.dim.gov.az/qabiliyyet

Orta ixtisas təhsili müəssisələrinə qəbul üçün

11 illik təhsil bazasında 

İxtisaslar

Komissiya kodu

Fiziki tərbiyə müəllimliyi (Şirvan)

66

Fiziki tərbiyə müəllimliyi (Göyçay)

66

9 illik təhsil bazasında

İxtisaslar

Komissiya kodu

Fiziki tərbiyə müəllimliyi (Bərdə)

652

Fiziki tərbiyə müəllimliyi (Şirvan)

852

Fiziki tərbiyə müəllimliyi (Lənkəran)

752

Fiziki tərbiyə müəllimliyi (Şəki)

552

Fiziki tərbiyə müəllimliyi (Göyçay)

952

Bədii yaradıcılıq (Naxçıvan)

341

Xoreoqrafiya (Naxçıvan)

342


Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər: 

-      imtahana buraxılış vərəqəsini; 

-      Sağlamlıq haqqında bəyannamə (buraxılış vərəqi ilə birlikdə çap edirsiniz və imzalayırsınız); 

-      şəxsiyyəti təsdiq edən sənədin əslini: 

a)   Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini; 

b)   əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini; 

-  Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

İmtahana buraxılış vərəqəsi abituriyentin özündə saxlanıldığı, sağlamlıq haqqında bəyannamə isə imtahan nəzarətçisinə təhvil verildiyi üçün hər iki sənəd ayrıca vərəqdə çap olunmalıdır.

Teatr, kino və xoreoqrafiya sənəti istiqamətinin ixtisasları üzrə qeydiyyatdan keçmiş abituriyentlər üçün “İmtahan proqramı” forması yerləşdirilir. Abituriyent ixtisasına uyğun olan formanı çap etməli, ifa edəcəyi proqramı həmin formaya yazmalı və qabiliyyət imtahanına gələrkən komissiyaya təqdim etməlidir.

İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) boyu istifadə olunmalıdır.

-Xoreoqrafiya sənəti ixtisası üzrə qabiliyyət imtahanına gələrkən hər bir abituriyent komissiyaya çəkisi, boyu, onurğa sütunu, ürəyi, görmə qabiliyyəti haqqında tibbi arayış təqdim etməli və imtahana rəqs paltarı ilə gəlməlidir.

Xəbər lenti