"Pandemiya işçiləri həm də online işləməyi öyrətdi. İlk vaxtlar online iş böyük əksəriyyəti qane etmirdisə, indi vəziyyət dəyişmişdir, işçilər artıq ənənəvi iş rejiminə daha az maraq göstərir və online işə üstünlük verirlər. Pandemiyanın yaratdığl ən ciddi dəyişikliklərdən biri də məhz budur".
Tehsil.biz xəbər verir ki, bu haqda UNEC rektoru Ədalət Muradov bildirib.
Onun sözlərinə görə, UNEC-də bununla bağlı sorğu keçirilib.
Belə ki, sorğuda bütövlükdə 11289 müəllim, tələbə, əməkdaş iştirak edib.
- UNEC müəllimlərinin 50.6 faizi, tələbələrinin 46.4 faizi, əməkdaşlarının 45.9 faizi online rejimə üstünlük verir.
- Bununla yanaşı, müəllimlərin 16 faizi, tələbələrin 19.6 faizi, əməkdaşların 19.1 faizi qarışıq (online + ənənəvi) rejimi seçirlər.
- Qalanlar isə, o cümlədən müəllimlərin 33.4 faizi, tələbələrin 34 faizi, əməkdaşların 35 faizi ənənəvi işin bərpasını istədiklərini bildirirlər.