Logo

Bakı Türk Liseyindən Dövlət Bayrağı Günü təbriki

09.11.2020 10:28 599 baxış
IMG

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur. Birliyimizin, müstəqilliyimizin rəmzi olan bayrağımız bu gün daha ucalarda dalğalanır. Artıq dünəndən Azərbaycan bayrağı Şərqin Mədəniyyət Mərkəzi olan Şuşa şəhərində dalğalanmaqdadır. 28 il 6 aydan sonra müzəffər Azərbaycan ordusu bayrağımızı yenidən Şuşada ucaltdı. Azərbaycan ordusunun sentyabrın 27-dən başlayan zəfər yürüşünü xalqımız dünən bir daha bütün ölkə ərazisində böyük çoşqu ilə qarşıladı. Minlərlə soydaşımız Azərbaycan və Türkiyə bayraqları ilə küçələrə çıxıb Şuşanın azadlığını qeyd etdi. Azərbaycan-Türkiyə qardaşlığının sarsılmazlığını bir daha hər kəs gördü.

 

 

Bu gün Şuşa ilə yanaşı, 28 ildir Ermənistan işğalında qalan Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlıda da artıq üzrəngli Azərbaycan bayrağı dalğalanır. Azərbaycan ordusunun Qarabağda yazdığı tarix bütün cəmiyyətdə möhtəşəm coşqu yaradıb. Hər kəs də bu günə öz töhfəsini vermək istəyir. Türkiyə Diyanət Vəqfi Bakı Türk Liseyinin müəllim kollektivi də xalqımızın Dövlət Bayrağı Gününü özəl bir video ilə təbrik edib. Türkiyə Diyanət Vəqfi Bakı Türk Liseyinin kollektivi bununla həm də torpaqlarımızın azadlığı uğrunda tarix yazan rəşadətli Azərbaycan ordusunun Ali Baş Komandan İlham Əliyevin komandanlığı ilə üçrəngli bayrağımızı tezkliklə işğaldan azad edəcəyi Ağdam, Ağdərə, Xankəndidə də dalğalandıracağına inam ifadə edib.

Xəbər lenti