Logo

Müasir universitetlərin mühüm məramı

28.08.2021 20:18 748 baxış
IMG

Məlum olduğu kimi müasir universitetlərin 3 mühüm məramı, missiyası var: TƏHSİL, ELM və CƏMİYYƏTƏ TƏSİR İMKANI. Son illər dünya universitetlərinin reytinqi cədvəlinin yeni formatı yaradılıb. Bu "Universitetlərin 3 Missiyası” reytinq cədvəlidir. Bu reytinqlənmə Rusiya Federasiyasında aparırlar. Bu reytinqləmədə 3 missiyanın hər biri üzrə ayrılıqda qiymətləndirmə aparılır. 2020-ci il üçün "Universitetlərin 3 Missiyası” reytinqinə 97 ölkədən 1500 universitet daxil edilmişdir. Təəssüf ki, bu reytinq sıralamasında da universitetlərimiz təmsil oluna bilməyib.

Bu reytinqin İlk 100-lüyündə yer alan Rusiya universitetlərinin sayı və mövqeyi ötən illə müqayisədə yüksəlmişdir. Moskva Dövlət Universiteti 22-ci yerdən 21-ci yerə, Sankt-Peterburq Dövlət Universiteti 41-dən 40-a yüksəldi. MFTİ 51-ci yerdən 46-cı yerə yüksəlmişdir. Reytinqləmədə yer alan universitetlərin əksəriyyəti Avropadandır. Reytinqdəki universitetlərin üçdə biri (% 33, 493 universitet) Avropa, üçdə biri Asiya universitetləridir. Rusiya universitetləri ümumi sayının yalnız 7% -ni təşkil edir. Latın Amerikası da eyni nəticəyə sahibdir. Ümumən 101 Rusiya universiteti 2020-ci ilin bu reytinqləmə cədvəlində yer tutmuşdur.

Digər ölkələrin reytinqdə yer alan universitetlərinin sayı belədir:

ABŞ-dan 220 universitet, Çin-dən 122 universitet, Birləşmiş Krallıq -98 universitet, Yaponiya- 93 universitetlə təmsil edilir.

1. Universitetlərin Birinci missiyası: təhsil

Avropadan 13 universitet (Lomonosov Moskva Dövlət Universiteti daxil olmaqla) və ABŞ-dan 13, Çindən iki və Yaponiya və Hong Kongdan hərəsindən bir universitet "təhsil" meyarına görə ilk 30-a daxil edilmişdir. Avropalı tələbələr beynəlxalq olimpiadalarda Amerikalılardan 4 dəfə daha uğurla çıxış etmişlər.

Reytinqdəki Amerika universitetləri daha yaxşı maliyyələşir: onlar bir tələbə üçün Rusiyaya nisbətən 4 dəfə çox vəsait ayırır. Ali Təhsil səviyyəsi tələbə və müəllim sayının nisbətindən də asılıdır. Rusiyada bir müəllimə 9 tələbə düşür, Almaniya və Çində də 1 müəllimə 9 tələbə düşür. Bu, İngiltərədəkindən bir qədər yaxşıdır (hər müəllimə 11 tələbə), amma Amerikadan daha pisdir. ABŞ-da 1 müəllimə 8 tələbə düşür.

2. Universitetlərin İkinci missiyası: elm

Reytinqin Elm bölümündə ilk 30-luqda ən çox universitet ABŞ, Kanada, İngiltərə və Avstraliyadandır. Rəsmi dilinin İngilis dili olmayan ölkələr arasında yalnız Technion universiteti (Haifa şəhərindəki İsrail Texnologiya Universiteti) ilk otuzluğa daxil olub.

Elmin səviyyəsi də maliyyələşmədən asılıdır və burada da yenə amerikalılar liderdir. ABŞ universitetləri tədqiqat üçün İngiltərə universitetlərindən 4 dəfə, Alman universitetlərindən 2,2 dəfə, Yaponiyadan 2,5 dəfə çox pul cəlb edirlər. Bu özünü nəticədə göstərir: sıralamadakı Amerika universitetlərinin elmi nəşrləri dünya ortalamasından orta hesabla 1,3 dəfə yüksəkdir.

Rusiya mövqeyini tədricən yaxşılaşdırır: keçən il elmdə ilk 100-lükdə bir dənə də olsun rus universiteti yox idi, bu il Moskva Dövlət Universiteti daxil oldu. M.V. Lomonosov adına MDU 100-cü yeri tutdu.

Universitetlərin üçüncü missiyası: cəmiyyətə təsir imkanı.

Bu kriteriyaya görə ilk 30-a ABŞ, Kanada, Meksika, Braziliya, Rusiya, Böyük Britaniya, Yaponiya, Çin, Hong Kong, Tayvan və Avstraliya universitetləri daxildir.

"Universitetlərin 3 Missiyası" reytinqləməsi, koronavirus pandemiyası səbəbindən dünya təhsilindəki dəyişikliklərə cəld reaksiya verən ilk qlobal reytinqlərdən oldu. Ümid edək ki, gələcəkdə ali təhsil sistemimizdə dərin islahatlar aparılacaq və bunun nəticəsi olaraq milli universitetlərimizdən heç olmasa biri bu sıralamada olan 1500 universitetdən biri olacaq.

Son illər dünya universitetlərinin reytinqi cədvəlinin yeni formatı yaradılıb. Bu "Universitetlərin 3 Missiyası” reytinq cədvəlidir. Bu reytinqlənmə Rusiya Federasiyasında aparırlar. Bu reytinqləmədə 3 missiyanın hər biri üzrə ayrılıqda qiymətləndirmə aparılır. 2020-ci il üçün "Universitetlərin 3 Missiyası” reytinqinə 97 ölkədən 1500 universitet daxil edilmişdir.

Bu reytinqin İlk 100-lüyündə yer alan Rusiya universitetlərinin sayı və mövqeyi ötən illə müqayisədə artmışdır. Moskva Dövlət Universiteti 22-ci yerdən 21-ci yerə, Sankt-Peterburq Dövlət Universiteti 41-dən 40-a yüksəldi. MFTİ 51-ci yerdən 46-cı yerə yüksəlmişdir. Reytinqləmədə yer alan universitetlərin əksəriyyəti Avropadandır. Reytinqdəki universitetlərin üçdə biri (% 33, 493 universitet) Avropa, üçdə biri Asiya universitetləridir. Rusiya universitetləri ümumi sayının yalnız 7% -ni təşkil edir. Latın Amerikası da eyni nəticəyə sahibdir.

Ümumən 101 Rusiya universiteti 2020-ci ilin bu reytinqləmə cədvəlində yer tutmuşdur.

Digər ölkələrin reytinqdə yer alan universitetlərinin sayı belədir:

ABŞ-dan 220 universitet, Çin-dən 122 universitet, Birləşmiş Krallıq -98 universitet, Yaponiya- 93 universitetlə təmsil edilir.

1.Universitetlərin Birinci missiyası: təhsil. Avropadan 13 universitet (Lomonosov Moskva Dövlət Universiteti daxil olmaqla) və ABŞ-dan 13, Çindən iki və Yaponiya və Hong Kongdan hərəsindən bir universitet "təhsil" meyarına görə ilk 30-a daxil edilmişdir. Avropalı tələbələr beynəlxalq olimpiadalarda Amerikalılardan 4 dəfə daha uğurla çıxış etmişlər.

Reytinqdəki Amerika universitetləri daha yaxşı maliyyələşir: onlar bir tələbə üçün Rusiyaya nisbətən 4 dəfə çox vəsait ayırır. Ali Təhsil səviyyəsi tələbə və müəllim sayının nisbətindən də asılıdır. Rusiyada bir müəllimə 9 tələbə düşür, Almaniya və Çində də 1 müəllimə 9 tələbə düşür. Bu, İngiltərədəkindən bir qədər yaxşıdır (hər müəllimə 11 tələbə), amma Amerikadan daha pisdir. ABŞ-da 1 müəllimə 8 tələbə düşür.

2.Universitetlərin İkinci missiyası: elm. Reytinqin Elm bölümündə ilk 30-luqda ən çox universitet ABŞ, Kanada, İngiltərə və Avstraliyadandır. Rəsmi dilinin İngilis dili olmayan ölkələr arasında yalnız Technion universiteti (Haifa şəhərindəki İsrail Texnologiya Universiteti) ilk otuzluğa daxil olub.

Elmin səviyyəsi də maliyyələşmədən asılıdır və burada da yenə amerikalılar liderdir. ABŞ universitetləri tədqiqat üçün İngiltərə universitetlərindən 4 dəfə, Alman universitetlərindən 2,2 dəfə, Yaponiyadan 2,5 dəfə çox pul cəlb edirlər. Bu özünü nəticədə göstərir: sıralamadakı Amerika universitetlərinin elmi nəşrləri dünya ortalamasından orta hesabla 1,3 dəfə yüksəkdir.

Rusiya mövqeyini tədricən yaxşılaşdırır: keçən il elmdə ilk 100-lükdə bir dənə də olsun rus universiteti yox idi, bu il Moskva Dövlət Universiteti daxil oldu. M.V. Lomonosov adına MDU 100-cü yeri tutdu.

Universitetlərin üçüncü missiyası: cəmiyyətə təsir imkanı. Bu kriteriyaya görə ilk 30-a ABŞ, Kanada, Meksika, Braziliya, Rusiya, Böyük Britaniya, Yaponiya, Çin, Hong Kong, Tayvan və Avstraliya universitetləri daxildir.

"Üç Universitet Missiyası", koronavirus pandemiyası səbəbindən dünya təhsilindəki dəyişikliklərə cəld reaksiya verən ilk qlobal reytinqlərdən oldu.

Dos. İlham Əhmədov

Xəbər lenti