Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun baş elmi işçisi, AMEA-nın müxbir üzvü, professor Vaqif Quliyevin “Clarivate Analytics” beynəlxalq elmmetrik bazasında referatlaşdırılmış “Journal of Pseudo-Differential Operators and Applications” (İF-0.532) impakt faktorlu jurnalda məqaləsi dərc edilib. (https://www.springer.com/journal/11868)
“Dunkl operatorunun doğurduğu kəsr maksimal operator və onun kommutatorunun Orliç fəzasında xarakterizasiyası” adlı məqalədə -də verilən Orliç fəzasında təyin olunan kəsr maksimal operatorun məhdudluğu üçün meyar alınıb. Bu nəticənin tətbiqi olaraq maksimal kommutatorun Orliç fəzasında məhdud olması üçün zəruri və kafi şərt olması isbat edilib. Həmçinin, olduqda maksimal operatorun kommutatorunun Orliç fəzasında məhdud olması üçün kafi şərtlər tapılıb.
Məqaləni oxumaq üçün linkə keçid edin:
https://link.springer.com/article/10.1007/s11868-020-00364-w