Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) məzunu Fidan Cəfərova təhsilini xarici ölkədə davam etdirəcək.
Bu barədə UFAZ-dan məlumat verilib. Bildirilib ki, bu ali məktəbdə geofizika mühəndisliyi ixtisası üzrə təhsilini bitirən F.Cəfərova Macarıstanın Mişkolts Universitetinə qəbul olub.