Logo

İxtisas seçimi edən abituriyentlərin sayı AÇIQLANDI

30.08.2021 13:59 701 baxış
IMG

30 avqust saat 10:00-a olan məlumata əsasən, I-V ixtisas qrupları üzrə 58207 elektron ərizə təsdiq edilib.

Bu barədə Modern.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

2431 elektron ərizə isə yadda saxlanılsa da, hələlik təsdiq edilməyib.

İxtisas seçimi bu gün saat 23:59-dək davam edəcək.

“İxtisasları seçib hələ təsdiq etməyən, eləcə də müsabiqədə iştirak etmək istəyən, lakin hələ ixtisas seçimi etməmiş digər abituriyentlərə (subbakalavrlara) tövsiyə olunur ki, qeyd olunan müddətə qədər ərizələrini təsdiq etsinlər.

Müsabiqədə yalnız elektron ərizələrini təsdiq etmiş abituriyentlər (subbakalavrlar) iştirak edə biləcəklər”,-deyə DİM bəyan edib.

Xəbər lenti