Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəvəti ilə ölkəmizə səfər edən Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadzenin rəhbərlik etdiyi nümayəndə heyəti 25-28 avqust tarixlərində dövlət və qeyri-dövlət qurumları, eləcə də ölkəmizdə fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri ilə görüşüb və bir sıra dini ibadət məkanlarını ziyarət edib.
Gürcüstan nümayəndə heyəti səfər çərçivəsində Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov, Milli Məclisin sədr müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli, Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə və Qax Rayon İcra Hakimiyyətinin başçısı cənab Musa Şəkiliyev ilə görüşüb.