Logo

Yer kürəsinin ən şimal adası tapıldı

31.08.2021 09:03 778 baxış
IMG

Kopenhagen Universitetinin bir qrup alimi ekspedisiya zamanı naməlum ada aşkar ediblər.

Tehsil.biz Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.

Adanın Yer kürəsinin ən şimal nöqtəsində yerləşdiyi məlum olub.

“Biz yeni ada axtarışını məqsəd qoymamışdıq. Nümunələr toplamaq üçün ekspedisiyaya çıxmışdıq”, - deyə alimlərdən biri Morten Raş bildirib.

Ekspedisiya qrupu əvvəlcə 1978-ci ildə kəşf edilmiş Oodaak adasına gəldiklərini düşünsə də, sonradan məlum olub ki, alimlər həmin məkandan 780 metr şimal-qərbdəki adaya yerləşiblər.

Həmin adaya “Kekertak Avvannarleq” adı verilib. Qrenlandiya dilindən tərcümədə “Ən şimaldakı ada” mənasını verir.

Xəbər lenti