Alimlərimizin dünyanın qabaqcıl elmi mərkəzləri tərəfindən ərsəyə gətirilən əsərləri, dərslik və dərs vəsaitləri Azərbaycan dilinə tərcümə edib geniş elmi ictimaiyyətin, ali məktəblərin müəllim-tələbə heyətinin istifadəsinə verilməlidir.
Tehsil.biz xəbər verir ki, bu fikirləri AMEA-nın vitse-prezidenti akademik Rasim Əliquliyev Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) ümumi yığıncağının onlayn iclasında bildirib. O hər bir alimin elmi biliklərin peşəkar səviyyədə populyarlaşdırılmasında əhəmiyyətli rola malik olduğunu deyib. Həmçinin akademik R.Əliquliyev elm və təhsilin inteqrasiyası istiqamətində əməkdaşlığın daha da genişləndirilməsi, müxtəlif xarici dillərdə olan dərsliklərin, dərs vəsaitlərinin tərcüməsi və nəşri sahəsində işlərin keyfiyyətinin yüksəldilməsi üzrə təkliflərini də səsləndirib.
AZƏRTAC