2021/2022-ci tədris ili üçün Milli Aviasiya Akademiyası (MAA) I ixtisas qrupu üzrə tələbə qəbuluna 403 plan yeri ayrılıb.
Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, 2020-2021-ci tədris ilində isə MAA-da qəbul planı 357 yer olub. Bu, ötən illə müqayisədə 46 yer çoxdur.