Logo

Restoranlar açıqdır, avtobuslar doludur, amma zərbəni TƏHSİL ALIR - AÇIQLAMA

31.08.2021 13:05 1409 baxış
IMG

“Dərslərin ənənəvi qaydada başlanılmasına hər hansı bir maneə yoxdur. Nəinki gündəlik yoluxma, hətta ölüm hallarının olması belə düşünürəm ki, bu məsələdə dərslərin ənənəvi qaydada başlanmasına mane ola bilməz”.

Bu açıqlamanı Metbuat.az-a təhsil eksperti Elçin Əfəndi edib. Onun sözlərinə görə, dərslər sentyabrın on beşindən etibarən ənənəvi qaydada başlanılmalıdır.

“Artıq dərs ilinin başlamasına təxminən on beş gün vaxt qalsa da, hələ də aidiyyəti qurumlar dərslərin ənənəvi yoxsa distant qaydada olacağı ilə bağlı rəsmi mövqe ortalığa qoymayıblar. Qəti bir qərar olmadığı üçün insanlar hansı addımı atacaqlarını belə qərar verə bilmirlər. Yəqin ki, bununla bağlı bu həftə ərzində Təhsil Nazirliyi tərəfindən ictimaiyyətə məlumat veriləcəkdir”.

Elçin Əfəndi qeyd etdi ki, kifayət qədər insan vaksin olunub. O cümlədən də təhsil sahəsində çalışanlar da peyvənd olunublar. Ənənəvi təhsilin bərpa edilməməsi üçün mane yoxdur.

“Bütün restoranlar çalışır və ictimai nəqliyyat demək olar ki, hər gün dolu vəziyyətdə də istifadə olunur. Bu qədər yoluxma qarşılığında yalnız zərbəni təhsil sahəsi alır. Düşünürəm ki, artıq təhsil bərpa olunmalıdır. Təhsilimiz kifayət qədər distant formada aparılmaqla zərər gördü. Bu cəmiyyət üçün ən önəmli sahələrdəndir. Mütləq dərslər ənənəvi qaydada başlanmalıdır. Bunun üçün də düşünürəm artıq aidiyyatı qurumlar mütləq şəkildə ictimaiyyətə məlumat verməlidirlər”.

Xəbər lenti