Yaponlar ağıllı, çox oxuyan, diqqətlidirlər. Bu yapon mədəniyyəti, adətləri və hətta genetikası ilə bağlıdır. Lakin əsas diqqəti çəkən yaponların təhsil sistemidir.
1. Təhsil sistemi çalışqanlıq, şəxsin özünü sorğu-sual etməsi, nizamlı şəkildə oxumağın vacibliyi prinsipi üzərində qurulub.
Şagirdlərin təhsil həyatının böyük bir hissəsi əxlaqi keyfiyyətlərin öyrənilməsi və özünü inkişafa həsr olunub.
Məktəbin dərs sistemi yapon cəmiyyətinin və mədəniyyətinin öyrənilməsinə yönəldilib. Eyni zamanda yapon tələbələrin akademik göstəriciləri beynəlxalq standartlardan üstündür. Sistemin əsas xarakteri məkəblərin sayının çox olması və dərslərə davamiyyətin məcburiliyidir.
Özəl məktəblər də eyni sistem üzərində qurulub.
2. Yaponlar milli gəlirlərinin 12%-i təhsilə, 7.7%-i isə hərbi xərclərə ayırırlar.
Yaponiyada əhalinin 99%-i oxuyub, yaza bilir.
3. Yaponiyada məcburi təhsil 9 ildir.
Bunun ilk altı ili ibtidai təhsil, 3 ili isə orta təhsildir. Məcburi təhsil 6-15 yaşlarında olan uşaqları əhatə edir və dövlət məktəblərində təhsil ödənişsizdir. Uşaq baxçaları üzrə 65%, ibtidai təhsil üzrə 99%, orta məktəb üzrə 99%, lisey üzrə 92%, universitet üzrə isə 39% göstərici ilə Yaponiya təhsil müəssisələrinin sayına görə dünyada ilk yerlərdən birini tutur.
4. Yaponiyada 6 yaşını tamamlayan hər bir uşaq 6 il davam edən ibtidai məktəbə başlayır.
İbitidai təhsil zəruri və ödənişsizdir. İbtidai təhsilin əsas məqsədi regional və milli adət ənənələrin şagirdlərə öyrədilməsi, riyaziyyat, ana dili, musiqi, ədəbiyyat kimi elmlərin tədris edilməsidir.
5. Yaponiyada məktəb 1 apreldə başlayıb, 31 martda başa çatır.
Aprel-iyul ayının ortaları, sentyabr-dekabr ayının sonu, yanvar-mart ayının sonu olmaqla üç smestr dövrünü əhatə edir. Həftədə 5.5 gün dərs olur. Şənbə günləri dərslər yarım gün keçirilir. Yapon məktəblərində qarışıq təhsil sistemi var.
6. Hər sinif bir müəllimin nəzarətindədir.
Labotoriya və təcrübə tələb edən dərslər istisna olmaqla digər dərslər eyni dərs otağında keçirilir. Hər dərs 45 dəqiqə davam edir.
7. Dövlət məktəblərində məktəbli forması yoxdur. Lakin şagirdlər fərqlənmək üçün papaq və ya xüsusi nişan istifadə edirlər.
1969-cu ildən etibarən dövlət tərəfindən məktəblərə ödənişsiz dərs vəsaiti verilir. Həmçinin şagirdlərə dövlət hesabına yemək də verilir.
8. Məktəblərin 90%-də idman zalı, 75%-də isə hovuz mövcuddur.
Bütün məktəblərdə təhsil üçün mükəmməl şəkildə qurulmuş televizor və radio sistemi var.
9. Yapon məktəblərində xadimə yoxdur.
Yapon məktəblərində pəncərə silən müəllim və ya döşəməni süpürən şagird görə bilərsiniz. Hətta tualetləri belə müəllim şagirdlərlə birgə təmizləyir.
10. İbtidai təhsil istisna olmaqla digər siniflərdə dərs 6 saatdır ki, bu da dünyada ən uzun dərs müddətidir.
Dərsdən sonra şagirdlərin vaxtların boş keçirməməsi üçün evə çox saylı tapşırıqlar verilir. Yapon məktəblərində yay tətili 6 həftədir. 2 həftəlik yaz və qış tətliləri vardır ki, bu müddət ərzində də şagirdlər ev tapşırıqları etməlidirlər.
11. Əvəz
edən müəllim anlayışı yoxdur.
Yapon məktəblərində müəllim hansısa səbəbdən dərsə gəlməyibsə, onun yerinə başqa müəllim göndərilmir. Şagirdlər sinif otağında sakit şəkildə dərsləri ilə məşğul olurlar.
12. Nahar yeməyi birliyin göstəricisidir.
Dövlət tərəfindən həm müəllimlərə, həm də şagirdlərə verilən yeməyi müəllimlər və şagirdlər bir yerdə yeyirlər.
13. Yapon təhsil sisteminin ən əsas xüsusiyyəti qrup qanunları ilə şagirdlərə nəzatərdir.
Amerika və Avropada gördüyümüz azad təhsil sistemi yaponlar üçün yaddır. Yaponlar intizamı və qanunlara tabe olmağı önə çıxaran təhsil sistemi formalaşdırıblar.
BONUS: Yapon təhsil sistemində necə şəkil çəkiləcəyini öyrədən dərslər keçirilmir. ?