Logo

ADU Silahlı Qüvvələrə Yardım Fonduna növbəti dəfə vəsait köçürüb

09.11.2020 16:21 420 baxış
IMG

Azərbaycan Ordusunun torpaqlarımızın düşməndən azad olunması uğrunda həyata keçirdiyi əks-hücum əməliyyatları uğurla davam edir. Əsgər və zabitlərimizin fədakarlığı, yenilməz döyüş əzmi və qazandığı qələbələri xalqda böyük ruh yüksəkliyi yaradır.

 

Ordumuzun maddi-texniki təchizatı dövlət tərəfindən yüksək səviyyədə təmin olunsa da, əksər vətəndaşlar, o cümlədən müəssisə və təşkilatlar indiki məqamda orduya hərtərəfli dəstəyi mənəvi borc hesab edir, bu istiqamətdə əllərindən gələni əsirgəmirlər.

 

Tehsil.biz xəbər verir ki, Azərbaycan Dillər Universitetinin kollektivi Ermənistanın hərbi təcavüzünün qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi üçün Şanlı Ordumuzun həyata keçirdiyi zəruri əks-həmlə tədbirlərinə dəstək olmaq məqsədi ilə könüllü olaraq növbəti dəfə Silahlı Qüvvələrə Yardım Fonduna 31 min manat vəsait köçürüb. Bununla da universitetin fonda ianəsi 83 min 340 manat təşkil edib.

 

Qələbə bizimlədir! Qarabağ Azərbaycandır!

Xəbər lenti