Burada uşaqlarla müxtəlif mövzularda söhbətlər aparıldı. İştirakçılara təhsilin, oxumağın vacibliyi vurğulandı. Uşaqların hansı peşə sahibi olmaları ilə bağlı fikirləri öyrənildi. Onların gələcək həyatında, yəni universitet illərində, universiteti bitirdikdən sonra nəyin gözlədiyi izah olundu. İştirakçılarla maarifləndirici söhbətlər aparıldı.
Qeyd edək ki, gedişat zamanı iştirakçıların qabiliyyətləri göstərildi. Kimisi musiqi alətində ifalar etdi, kimisi isə öz çəkdiyi rəngarəng şəkilləri nümayiş etdirdi.