Xəzər Universitetinin Psixologiya departamentinin müəllimi Nilufər Əlizadənin “Klinik psixologiya üzrə onlayn magistratura diplomu” ("Online Postgraduate Diploma in Clinical Psychology") adlı tədqiqat işi ABŞ-ın “Fullbright” İnkişaf Fakültəsi Proqramının (Fullbright Faculty Development Proqram) qalibi olub.
Universitetdən bildirilib ki, tədqiqat işi Azərbaycanda psixologiya sahəsində mövcud problemlərdən birinin həllinə fokuslanıb. Tədqiqat işi 2022-ci ilin yanvar-may ayları ərzində Arkanzas Universitetində aparılacaq.