Azərbaycan Dövlət Aqrar Universitetinin(ADAU) Tədris-təcrübə təsərrüfatında meyvə-tərəvəzlərin keyfiyyətli saxlanması məqsədilə soyuducu anbarın inşasına başlanılıb.
16 ton meyvə saxlama qabiliyyətinə malik olan anbarda məhsulların keyfiyyətini qorumaqla yanaşı onları 2-3 ay müddətinə olduğu kimi saxlamaq da mümkün olacaq.
Qeyd edək ki, soyuducu anbar məhsulların təcili satışını minimuma endirir. Fermerlərin bazarlardan asılılığı azalır, qiymət dəyişiklikləri kimi amillərdən faydalanmağa imkan yaradır.