Logo

“Dərsin effektiv təşkili və auditoriyanın idarəedilməsi” adlı onlayn seminar keçirilib

01.09.2021 10:30 716 baxış
IMG

12 avqust tarixdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Beynəlxalq əlaqələr üzrə prorektorluğunun nəzdində Təlim-tədris mərkəzi tərəfindən "Zoom" proqramı vasitəsilə “Dərsin effektiv təşkili və auditoriyanın idarəedilməsi” adlı 3 saatlıq seminar keçirilib.

Dərsin təşkili və sinfin idarəolunması-dərsin quruluşu, tədris alətləri sinfin idarəedilməsi istiqamətlərini əhatə edən seminar beynəlxalq təlimçi Mehparə Əhmədova tərəfindən interaktiv formada müdavimlərə çatdırılıb.

Seminarın sonunda təhsilalanlar tədris prosesinin effektiv idarə olunması və qiymətləndirmə üzrə tələb olunan bilik və bacarıqları əldə ediblər.

Seminar kursunu müvəffəqiyyətlə bitirən iştirakçılara sertifikat təqdim olunub.

Xəbər lenti