Logo

Gənc tədqiqatçı İsveçrədə bir il müddətində doktorantura tədqiqatı aparacaq

01.09.2021 10:40 620 baxış
IMG

Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq əməkdaşlıq departamentinin Xarici əlaqələr şöbəsinin əməkdaşı, gənc siyasi tədqiqatçı, doktorant Nərgiz Hacıyeva 2021-2022 akademik tədris ili ərzində İsveçrə Konfederasiyasının beynəlxalq doktorantlar üçün ayırdığı rəqabətcil İsveçrə Hökuməti Mükəmməllik Təqaüdünün (Swiss Government Excellence Scholarship/Schweizerische Bundes-Exzellenz-Stipendien) doktorantura tədqiqat proqramı (Ph.D Research Fellowship) üzrə qalibi olub. 

194 ölkədən 2000-dən çox doktorant və elmi tədqiqatçı arasında qalib olan N. Hacıyeva bir il müddətində sözügedən təqaüd proqramı çərçivəsində Avropanın top universitetlərindən biri olan İsveçrənin St. Gallen Universitetinin Siyasi iqtisadiyyat və siyasi elmlər məktəbində Avropa Siyasəti və Cənubi Qafqaz beyin mərkəzinin rəhbəri, tanınmış professor Dirk Lehmkuhl-un elmi rəhbərliyi altında doktorantura tədqiqatını aparacaq.

N.Hacıyevanın dissertasiya mövzusu “Azərbaycanın azad olunmuş ərazilərində işğal dövründə aparılmış qanunsuz idxal və ixracın iqtisadi-hüquqi qiymətləndirilməsi” adlanır. Dissertasiyanın məqsədi işğal dönəmində Dağlıq Qarabağ və ətraf rayonlarda Ermənistan tərəfindən həyata keçirilmiş qanunsuz fəaliyyətin araşdırılması, bu ərazilərdə idxal-ixrac prosesində Azərbaycanın üzləşdiyi mülkiyyət pozuntuları, malların, xidmətlərin və digər təbii sərvətlərin qanunsuz istismar həcmini təhlil etməkdir.  Tədqiqat işi gələcəkdə Azərbaycanın işğaldan azad olunmuş ərazilərində azad ticarətin qanuni təmin olunması, malların və xidmətlərin təşkili, mülkiyyət hüquqlarının iqtisadi cəhətdən nizamlanması və onlara məxsus olan malların qanunsuz ixracı, idxalı prosesinin qarşısının alınması üçün müvafiq iqtisadi, inzibati və icra tədbirlərinin həyata keçirilməsində mühüm töhfələr verəcək. 

Xəbər lenti