Logo

Gürcüstan məktəblərində tədrisin başlayacağı vaxt dəqiq məlum deyil

01.09.2021 17:22 635 baxış
IMG

Gürcüstanın dövlət və özəl məktəblərində, eləcə də bağçalarında təhsil və təlim oktyabrın 4-dək bərpa olunmayacaq.

Tehsil.biz xəbər verir ki, bu barədə Koordinasiya Şurasının Əməliyyat Qərargahının rəhbəri Giorgi Gibradze məlumat verib.

Onun sözlərinə görə, ölkədəki epidemioloji vəziyyət hələlik məktəblərin və uşaq bağçalarının açılmasına imkan vermir. Bu məsələyə oktyabr ayında yenidən baxılacaq. Ölkədəki epidemioloji vəziyyət müzakirə olunduqdan sonra yeni qərar veriləcək.

Azərtac

Xəbər lenti