Logo

"Bu universitetin adı dəyişdirilsin" - Ekspertdən ETİRAZ

01.09.2021 20:12 900 baxış
IMG

"Bakıda bir universitet var. Adına Bakı Qızlar Universiteti deyilir. Heç bir qız bu universitetdə oxumaq istəmir, amma həmin universitet demək olar ki, hər il plan yerlərini 80-90% doldurur".

Tehsil.biz xəbər verir ki, bunu təhsil üzrə ekspert Elçin Əfəndi deyib.

O, bəzi valideynlərə, eyni zamanda onların ərköyün övladlarına hiddətləndiyini bildirib:

"Konsultasiyaya gəlmiş bir vətəndaşa izah edirəm ki, Bakı Qızlar Universitetinə pulsuz düşürsən. Deyir ki, yox, mən illik 6500 ödəyib ADA-da təhsil almaq istəyirəm. Valideynlərinə baxıram, o 6500 manatı hansı əziyyətlə qazanacaqları gözlərimin önündə canlanır və təəssüf hissilə yenidən təkid edirəm. Bu dəfə valideynlər israr edir ki, eybi yox, ADA olsun".

Ekspert "aidiyyəti qurumlardan xahiş edirəm ki, Bakı Qızlar Universitetinə ya dövlət statusu verilsin, ya da adı dəyişdirilsin. Əks halda bir neçə il sonra bu universitet bağlanacaq" -deyə qeyd edib.

Fəqan Əzimli

Xəbər lenti