Logo

"Biz Qayıtdıq!" adlı intellektual turnir keçirilib

01.09.2021 21:20 717 baxış
IMG

 Bakı Ali Neft Məktəbinin (BANM) İntellektual Oyunlar Klubu "Biz Qayıtdıq!" adlı intellektual turnir keçirib. 

 Azərbaycan Ordusunun şanlı zəfərinə həsr edilmiş intellektual yarışın əsas mövzusu Qarabağ olub.
 
 Yarış BANM-in İntellektual Oyunlar Klubunun yeni İdarə heyətinin üzvləri Hüseyn Abızadə, Yusif Hüseynzadə, Əsmər Şixəmirli, Əli Məmmədli və Asiman Həmzəyev tərəfindən təşkil edilib.
 
3 komandanın iştirak etdiyi yarışda İNFERNO komandası qalib gəlib.
 
Komandaların nəticələri:
 
1-ci yer:  8100 xal ilə İNFERNO komandası
2-ci yer: 4900 xal ilə “Polad yumruq” komandası
3-cü yer: 4700 xal ilə “Zəfərin şahidləri” komandası
 
Qeyd edək ki, intellektual yarış open-quiz.com platformasında baş tutub.

Xəbər lenti