Logo

BDU aliminin məqaləsi nüfuzlu jurnalda dərc olunub

01.09.2021 22:08 529 baxış
IMG

Bakı Dövlət Universitetinin Biofizika və biokimya kafedrasının müdiri vəzifəsini icra edən professor Rövşən Xəlilovun həmmüəllifi olduğu elmi məqalə Clarivate Analytics Web of Science elmmetrik beynəlxalq bazasına daxil olan yüksək impakt faktorlu jurnalda dərc olunub .

“Global, regional, and national burden of respiratory tract cancers and associated risk factors from 1990 to 2019: a systematic analysis for the Global Burden of Disease Study 2019” (“1990-cı ildən 2019-cu ilə qədər tənəffüs yolu xərçənglərinin qlobal, reqional və milli çətinlikləri və bununla əlaqədar risk faktorları: 2019-cu il, xəstəliklərin araşdırılmasının qlobal çətinlikləri üçün  sistemli analiz”) adlı icmal məqalə “The Lancet Respiratory Medicine” (2021) (impakt faktor 30.7) jurnalında çap olunub.

Məqalədə, tənəffüs yolu xərçənglərinin qarşısının alınması, onlara nəzarət edilməsi və 2030-cu ilə qədər qeyri-yoluxucu xəstəliklər üzündən vaxtından əvvəl ölüm hallarının üç dəfə azalması və bu istiqamətdə istifadə oluna biləcək effektiv metodlardan bəhs edilir.

Məqalə ilə tanış olmaq üçün aşağıdaki linkə keçid edə bilərsiniz:

https://www.sciencedirect.com/science/article/pii/S2213260021001648

Xəbər lenti