Logo

“Virtual məktəb”də müəllimlər üçün onlayn təlimlər davam edir

10.11.2020 16:44 429 baxış
IMG

“Virtual məktəb”də qeydiyyatdan keçən müəllimlər üçün Təhsil Nazirliyi tərəfindən platformadan istifadə ilə bağlı ödənişsiz onlayn təlimlər davam edir.

 

Təhsil Nazirliyindən  mektebgushesi.az -a bildirilib ki, təlimlərin məqsədi müəllimlərin platforma vasitəsilə məsafədən tədris aparmaq bacarıqlarını inkişaf etdirmək və onlara dəstək göstərməkdir.

 

Müəllimlər “Virtual məktəb” (https://virtual.edu.az/) saytında yerləşdirilən sorğu formasını dolduraraq təlimlərə yazıla bilərlər.

Xəbər lenti