Logo

601 bal toplayan Surə Cəfərovanın seçimi Naxçıvan Dövlət Universitetidir

02.09.2021 08:19 673 baxış
IMG

Naxçıvan Qızlar Liseyinin məzunu Surə Cəfərova qəbul imtahanlarında IV ixtisas qrupu üzrə 601 bal toplayıb.

O, bildirdi ki, təhsil aldığı illərdə respublika fənn olimpiadalarında, “Sabahın tədqiqatçıları” layihəsində fizika və biologiya fənləri üzrə iştirak edərək nailiyyətlər qazanıb: 

"Hələ uşaqlıqdan arzum gələcəkdə həkim olmaq idi. Bunun üçün aşağı siniflərdən dərslərimə ciddi fikir verərək məktəbi əla qiymətlərlə bitirdim. Dəqiq fənlərə xüsusi marağım var idi. Bunun üçün çox çalışdım. Həqiqətən də əziyyət çəkən bəhrəsini görər. Məktəbi “Qızıl” nişanla bitirərək hədəfimə daha da yaxınlaşdım. Topladığım bal ilə Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinə daxil olmaqla, gələcəyin savadlı kadrı kimi yetişməyə səy göstərəcəyəm".

Xəbər lenti