Logo

BDU professorunun məqaləsi yüksək impakt faktorlu jurnalda dərc olunub

02.09.2021 09:25 1042 baxış
IMG

Bakı Dövlət Universitetinin Mikrobiologiya və Virusologiya elmi-tədqiqat laboratoriyasının müdiri, professor Xudaverdi Qənbərovun həmmüəllif olduğu elmi məqalə Web of Science Clarivate Analitics elmmetrik beynəlxalq bazasına daxil olan yüksək impakt faktorlu jurnalda dərc olunub.

Tehsil.biz xəbər verir ki, SARS-CoV-2 (COVID-19) vaccines structure, mechanisms and effectiveness: A review (SARS-CoV-2 virusuna qarşı hazırlanmış vaksinlərin strukturu, mexanizmləri və səmərəliyi: icmal) adlı icmal məqalə İmpakt faktoru 6.953 (Q1 kvartil) olan İnternational Journal of Biological Macromolecules (2021,188, P.740-750) jurnalında çap olunub.

Dünya iki ilə yaxındır ki,  COVID -19 virusunun yüksək ölümlə nəticələnən fəsadlarından əziyyət çəkir. Virusun yayılmasını minimuma endirmək üçün təklif olunan profilaktik tədbirlərlə yanaşı, xəstəliyin qarşısını almaq üçün müxtəlif vaksinlərin hazırlanması istiqamətində çoxtərəfli səylər göstərilir. Hazırda bir neçə vaksinin hazırlanması başa çatmış, onların təhlükəsizliyi və səmərəliyi ilkin olaraq göstərilmişdir. Moderna, NIAID, BioNTech və Pfizir vaksinlərinin kliniki sınaqları, onların yüksək təhlükəsizliyini və səmərəliyini  müəyyən etmişdir. Məqalədə mövcud COVID -19 vaksinlərinin quruluşu, mexanizmləri və səmərəliyi müqayisəli şəkildə analiz edilmişdir.

Məqalə ilə tanış olmaq üçün aşağıdakı linkə keçid edə bilərsiniz:

https://doi.org/10.1016/j.ijbiomac.2021.08.076

Xəbər lenti