Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) məzunu Mirzəmehdi Kərimov təhsilini Macarıstanda davam etdirəcək.
Bu barədə UFAZ-dan məlumat verilib. Bildirilib ki, bu ali məktəbdə kompüter elmləri ixtisası üzrə təhsilini bitirən M.Kərimov Budapeşt Universitetinə qəbul olub.