Ukrayna ərazisində mövcud olan qondarma Donetsk Xalq Respublikası 2021-2022-ci təhsil ili barədə açıqlama yayıb.
Modern.az xəbər verir ki, qondarma qurumun elm və təhsil nazirliyindən verilən məlumata görə, bu il qanunsuz rejimin ali təhsil müəssisələrinə 94 xarici ölkə vətəndaşı qəbul olunub.
Onlardan 87-si Rusiya vətəndaşı, 3-ü Azərbaycan və 4-ü isə Ermənistan vətəndaşıdır.