Sosial şəbəkədə ali təhsil müəssisələrinin yeni tədris ilinə distant formada başlayacağına dair məlumatlar yayılıb.
Tehsil.biz-in xəbərinə görə, Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov bildirib ki, bu barədə hələlik bir məlumat yoxdur.
Qeyd edək ki, təhsil işçilərinin böyük bir hissəsinin vaksinasiya olunması və ali təhsil müəssisələrində 18 yaşdan yuxarı tələbələrdən COVID pasportunun tələb edilməsi 2021-2022-ci tədris ilində təhsil müəssisələrinin ənənəvi təhsil formasına qayıdacağına dair ehtimalları artırıb. Lakin tədrisin konkret hansı formada aparılacağı ilə bağlı hələlik qərar verilməyib.