Logo

"İbtidai siniflər ənənəvi, 5-9-cu siniflər hibrid, 10-11-ci siniflər distant..."

02.09.2021 16:56 11980 baxış
IMG

"Ehtimal olunur ki, 15 sentyabrdan etibarən ibtidai siniflər ənənəvi, 5-9-cu siniflər hibrid, 10-11-ci siniflər distant formada dərsə başlayacaqlar".

Tehsil.biz xəbər verir ki, bunu təhsil üzrə ekspert Elçin Əfəndi deyib.

Ekspert oktyabr ayının 1-dən etibarən orta ixtisas və ali təhsil müəssisələrinin tələbələri, 18 yaşdan yuxarılar vaksinasiya olunmaq şərti ilə ənənəvi qaydada dərslərə başlayacaqlarını qeyd edib:

"Hal-hazırda müzakirələr gedir. Rəsmi olaraq gəlinən nəticə yoxdur. Müvafiq qurumların rəyləri və beynəlxalq təcrübə əsasında ümumi analizlər nəticəsində gəlinən rəsmi qərar yaxın günlərdə ictimaiyyətə açıqlanacaq" -deyə, o, bildirib.

Fəqan Əzimli

Xəbər lenti