Logo

Astronomlar Yer kürəsi boyda yeni planet aşkarladılar

11.11.2020 08:55 979 baxış
IMG

Astronomlar ulduzlararası sferada Yer kürəsi və Mars planetinin ölçüləri boyda yeni planet aşkar ediblər.

 

Tehsil.biz bildirir ki, alimlər öz tapıntılarını "Astrophysical Journal Letters" elmi jurnalında dərc olunmuş məqalədə təsvir ediblər.

 

Alimlər bir neçə il əvvəl ulduzlararası sahədə azad hərəkət edən və hər hansı ulduza bağlanmayan xeyli sayda atılmış planetlərin mövcudluğuna dair sübutları təqdim ediblər.

 

Ancaq Oxatan bürcündə aşkarlanmış OGLE-2016-BLG-1928 planeti daha əvvəl kəşf edilənlərdən ən kiçiyidir. Belə göy cisimlərini ənənəvi metodların köməyi ilə görmək mümkün deyil, çünki onlar öz günəşlərinin ətrafında fırlanmırlar və buna görə kölgə üzrə aşkar edilmirlər.

Xəbər lenti