Azərbaycan Dövlət Aqrar Universiteti(ADAU) ilə İtaliyanın Tuscia Universiteti(UNİTUS) arasında Erasmus+ proqramı çərçivəsində onlayn görüş keçirilib.
Tehsil.biz xəbər verir ki, görüşün məqsədi iki ölkə universitetləri arasında mövcud olan mübadilə proqramları, yüksək potensiallı layihə imkanları, iki tərəfli qarşılıqlı səfərlərin həyata keçirilməsi olmuşdur.
ADAU-nun Beynəlxalq əlaqələr şöbəsinin müdiri Küşvər Məmmədova gələcək əməkdaşlıq imkanları və universitetin maddi-texniki bazası haqqında geniş məlumat verərək, qarşı tərəfin maraq dairəsinə toxunan aqro-qida zənciri mövzusunda layihə təklifləri irəli sürüb