Logo

ADU-nun Konfutsi İnstitutunda elmi onlayn seminar keçirilib

11.11.2020 12:03 515 baxış
IMG

Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu “Azərbaycanın və Çinin əfsanəvi hərbi qalaları” mövzusunda elmi onlayn seminar keçirib.

 

ADU-dan bildirilib ki, Konfutsi İnstitutunun direktoru, Çin dilinin hərbi tərcüməçisi Rafiq Abbasov Böyük Qələbə Günü münasibətilə seminar iştirakçılarını təbrik edərək, Azərbaycanın əfsanəvi hərbi qalalarının çoxəsrlik tarixindən danışıb. O, Qarabağ xanı Pənahəli xan tərəfindən əsası qoyulmuş Şuşa qalasından da xüsusi söhbət açıb.

 

Seminarda ADU-nun çinşünaslıq ixtisası üzrə təhsil alan tələbələri Fucyen əyalətindəki “tulou” və Guandun əyalətindəki “dyaolou” Çin unikal tarixi qala evləri, Qansu əyalətindəki Yuntay və Şenzhendakı Dapin qədim qala şəhərləri, Tyantszində Daqu və Pekində Vanpin hərbi istehkamları, eləcə də görkəmli sərkərdələr - Əliağa Şıxlinski və Səməd bəy Mehmandarovun müdafiəsində iştirak etdiyi Port-Artur qalası haqqında danışıblar.

Xəbər lenti