Logo

BMU yeni teledərsləri yayımlayıb

11.11.2020 13:11 408 baxış
IMG

Bakı Mühəndislik Universitetinin (BMU) mövcud pandemiya şəraitində tədrisə marağın azalmamasını təmin etmək məqsədilə start verdiyi “Teledərs” layihəsi davam edir.

 

Universitetin saytında yaradılan “Teledərs” bölməsinə yeni dərslər yerləşdirilib. Bu dərslərə Biznesin idarə edilməsi ixtisası üzrə 1 nəzəri dərs, Kimya mühəndisliyi və Kimya müəllimliyi ixtisasları üzrə 2 laboratoriya dərsi daxildir.

 

BMU-da tədrisin 70 faizə yaxın ingilis dilində olması nəzərə alınaraq teledərslər bu dildə hazırlanıb. Layihə çərçivəsində təqdim olunan dərslər distant təhsil zamanı tədrisi çətinlik yaradan xüsusi ixtisasları, eləcə də laboratoriya şəraitində öyrədilməsi zəruri olan fənnləri əhatə edir.

 

Teledərslərdən BMU-nun ingilisdilli tələbələri ilə yanaşı, eyni ixtisaslar üzrə təhsil alan digər universitet tələbələri də yararlana bilərlər. Teledərs bölməsinə ümumilikdə 21 dərs yerləşdirilib və bu dərsləri aşağıdakı link vasitəsilə izləmək mümkündür: https://beu.edu.az/az/page/teleders-190/

Xəbər lenti