Logo

Şabranın Söhbətli kəndində yeni modul tipli məktəb quraşdırılır

03.09.2021 16:31 905 baxış
IMG

Şabran rayonunun Söhbətli kəndində yeni modul tipli məktəb quraşdırılır.

Tehsil.biz xəbər verir ki, beş sinif və müəllimlər otağından ibarət məktəbin tikintisinə iki ay əvvəl başlanılıb. Yeni tədris ocağında 40 şagirdin təhsil alması üçün şərait yaradılacaq.

Məktəb direktoru Məhəbbət Əkbərova bildirib ki, yeni məktəb müasir istilik sistemi ilə təchiz olunacaq. Modul məktəbin quraşdırılması sentyabr ayının sonuna kimi yekunlaşacaq. Bu binaların üstünlükləri azməsrəfli olması ilə yanaşı, qısa müddət ərzində istənilən relyefdə quraşdırılması, asan daşınması, şagirdlərin sayına uyğun olaraq sinif otaqlarının rahatlıqla azaldılıb artırılmasındadır.

Yeni tədris ilində Şabranda 46 təhsil müəssisəsi fəaliyyət göstərəcək, bunlardan 6-sı modul tipli məktəblərdir.

Azərtac

Xəbər lenti