Logo

Bakı Slavyan Universitetinin əməkdaşı Təhsil Nazirliyinin keçirdiyi müsahibədə iştirak edib

03.09.2021 16:33 847 baxış
IMG

Sentyabrın 2-də Bakı Slavyan Universitetinin  Əcnəbi tələbələrlə iş üzrə dekanlığının əməkdaşı  Günel  Üstündağ Təhsil Nazirliyi tərəfindən   "Azərbaycanda Beynəlxalq Ali Təhsil İmkanları" mövzusunda keçirilən tədqiqat layihəsi üçün  “Zoom” platforması vasitəsi ilə təşkil olunan   müsahibədə yeni tədris ilində  əcnəbilərin qəbul prosesi, pandemiya dövründə əcnəbi tələbələrlə iş prosesi, əcnəbi tələbələrin həyat şəraiti, problemləri  və digər vacib məqamlar haqqında məlumat verib.

Bu barədə Tehsil.biz-ə universitetdən bildirilib.

Qeyd olunub ki, universitetin müxtəlif təhsil pillələrində təhsil alan əcnəbi tələbələrin azərbaycanlı tələbələrin mühitinə  inteqrasiyası , əcnəbi tələbələr üçün  fəaliyyət göstərən universitet yataqxanasının  mövcudluğu və şəraiti  müzakirə olunan əsas məsələlərdən biri olub.

Xəbər lenti