Logo

Azərbaycan Texniki Universiteti: “Beta Dynamics” şirkəti ilə əməkdaşlıq çərçivəsində təlim keçirir

11.11.2020 15:24 420 baxış
IMG

Azərbaycan Texniki Universiteti və “Beta Dynamics” şirkəti arasında əməkdaşlıq davam edir.

 

Universitetdən Təhsil.biz-ə bildirilib ki, əməkdaşlıq çərçivəsində şirkət ali məktəbin tələbə və məzunlarının elektronika və proqramlaşdırma ixtisasları üzrə biliklərinin təkmilləşdirilməsi məqsədilə təlimlər keçirir. Proqram üzrə 11 təlimçi hazırlanması nəzərdə tutulur.

 

İştirakçılar qida mənbələri, əl alətləri, “plata” çapı üçün müxtəlif kimyəvi maddələr, cihazlar haqqında nəzəri və təcrübi biliklər mənimsəməklə yanaşı, bir sıra proqramlar (Proteus, İSİS, SCADA və s.) ilə işləmək imkanı əldə edəcəklər.

 

Şirkətin elektronika mühəndisi Nurlan Rəhimli tərəfindən aparılan təlimlər ödənişsizdir.

Xəbər lenti