Naxçıvan Dövlət Universitetinin yeni tədris ilinin əvvəlindəki uğurları əhatəsini genişləndirməkdədir. Proseslərin gedişi bir daha göstərir ki, ölkəmizdə sosial sferaya aid olmaqla, həyata keçirilən tədbirlərin nəticələri perspektivlidir və bu, özünü bütün təhsil şəbəkəsi üzrə göstərməkdədir. Xüsusilə, təhsil sahəsində islahatların davamlılığı, onun ixtisaslaşdırılmış kadr potensialının hazırlanmasındakı təsiri imkanlarının artırılması və ail təhsil sahəsində müəyyən olunan hədəflərin reallaşmasındakı rolu artıq yeni keyfiyyət mərhələsində öz ifadəsini tapmaqdadır. Təbii ki, bütün bunlar dövlətin təhsil sahəsindəki diqqət və qayğısı ilə daha əhəmiyyətli yol qət edən Naxçıvan Dövlət Universitetinin də timsalında qürurverici olmaqdadır.
Təsadüfi deyildir ki, bunu dünyanın ən yaxşı universitetlərinin siyahısında Naxçıvan Dövlət Universitetinin də olması bir daha həyata keçirilən tədbirlərin qətiyyətliliyini, hədəflərin düzgün seçildiyini və məqsədyönlqlüyünü göstərir.
Çox sevindirici hal ondan ibarətdir ki, Naxçıvan Dövlət Universiteti, ölkəmizin ən qabaqcıl Ali Məktəbləri olan Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Xəzər Universiteti və Qərbi Kaspi Universiteti ilə birlikdə addımlamaqda və beynəlxalq əməkdaşlıqlarını uğurla davam etdirməkdədir.
Bununla yanaşı, universitetimizin genişmiqyaslı uğurlarının nəticəsidir ki, artıq Ali Məktəbimizin adı və uğur göstəriciləri ən yaxşı universitetlərin ilk 5-liyinə daxil olan Kaliforniya Texnologiya İnstitutu (ABŞ), Harvard Universiteti (ABŞ), Stenford Universiteti (ABŞ) və Kembric Universiteti (Böyük Britaniya) də eyni sırada təşəkkül tapmışdır.
Nəzərə alsaq ki, həmin ardıcıllıqda Massaçusets Texnologiya İnstitutu (ABŞ), Priston Universiteti (ABŞ), Berkli Kaliforniya Universiteti (ABŞ), Yel Universiteti (ABŞ), ilk 10-luğu təşkil edən Çikaqo Universiteti (ABŞ) də var, onda həqiqətən də Naxçıvan Dövlət Universitetinin bu mövqeyi çox qürurvericidir.
Təbii ki, universitetimizin son illərdə əldə etmiş olduğu nailiyyətlər, xüsusilə:
- elm, təhsil, tədris proseslərinin düzgün təşkili;
- innovasiyalara yanaşma və bu yöndəki layihələrin faydalılıqla hazırlanması;
- texnoloji inkişafa açdığı qapılar (Texnoparkın yaradılması və hazırda tikintisi proseslərinin uğurla davam etməsi);
- yaradıcılıq imkan və fəaliyyətlərin dəstəklənməsi;
- beynəlxalq əməkdaşlıqların inkişafı;
- ikili diplom layihələrinin reallaşdırılması;
- pandemiya dövrü üçün alternativ tədris imkanlarından səmərəli istifadə etməklə tədris prosesinin fasiləsizliyinin təmin olunması və s. proseslər sahəsindəki qətiyyətli hədəfləri və digər tədbirlər ən yaxşı universitet olaraq dəyərləndirilməsinə zəmin yaradan amillər arasındadır.
Beləliklə, artıq 2021-2022-ci tədris ilinin başlanmasına sayılı günlər qalır. Yeni dövrdə çox güclü əsaslarla universitetimizin tədris, ixtisaslaşma və peşəkarlıq sahələri üzrə göstəricilərində də bu uğurları görəcəyik. Bütün bunlara görə də qeyd etmək olar ki, bu il ali məktəblərə qəbul imtahanlarında da fərqlənən abituriyentlərin içərisində Naxçıvan Dövlət Universitetinə üstünlük verənlər düzgün seçim edəcəklər.
Cavadxan Qasımov
Naxçıvan Dövlət Universitetinin dosenti, iqtisad üzrə fəlsəfə doktoru