Logo

Tovuzda məktəb direktoru valideynlərdən COVID-19 pasportu tələb edir – VİDEO

04.09.2021 07:00 877 baxış
IMG

Tovuzda valideynlərdən vaksinaya olunmaları tələb edilib. Əks halda, övladlarının məktəbə buraxılmayacağı deyilib.

Tehsil.biz-in "Xəzər Xəbər"ə istinadən məlumatına görə, Tovuzun Alakol kənd sakini Vasif Məmmədovun iki övladı Nurəddin Sadıqov adına Alakol kənd tam orta məktəbdə təhsil alır.

Ötən gün ona və digər valideynlərə övladlarının sinif müəllimi bildiriş göndərib ki, COVID-19 pasportu olmasa, övladı yeni tədris ilində məktəbə buraxılmayacaq.

Sözügedən məktəbin direktoru Elmira Cəfərova valideynlərdən COVID-19 pasportunu tələb etdiyini etiraf edib. Amma bunu məcburi qayda kimi yox, şagirdlərin sağlamlığı üçün tövsiyə xarakterli olduğunu deyib.

Məktəb direktorunun bu tələbi barədə kimdən göstəriş almasını öyrənmək üçün Tovuz rayon Təhsil Şöbəsinə üz tutduq. Qurumdan bildirildi ki, valideynlərdən COVID-19 pasportunun məcburi qaydada tələb edilməsi doğru deyil.

Təhsil Nazirliyindən də "Xəzər Xəbər"ə bildirildi ki, valideynlərdən vaksin pasportunun tələb olunması ilə bağlı nazirlikdən heç bir göstəriş verilməyib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialda tanış ola bilərsiniz:

https://youtu.be/6g366hbTEu4

Xəbər lenti