Türkiyədə ağılasığmaz hadisə yaşanıb.
Tehsil.biz “haberler.com”a istinadən xəbər verir ki, 21 yaşlı Kübra 4 gün əvvəl evdən qaçıb. Ondan xəbər ala bilməyən valideynləri daha sonra qızlarının 60 yaşlı müəllimi ilə evləndiyini öyrənib.
Kübranın ailəsi onun tapılması üçün Türkiyənin “ATV” kanalında yayımlanan aparıcı Müge Anlının verilişinə müraciət edib.
Baş verənlərdən xəbər tutan aparıcı eşitdkilərinə inana bilməyib. O, efirdə “Artıq enerjim bitdi” deyərək baş verənlərə etiraz edib.
Veriliş zamanı gənc qızla yaşlı kişinin evlilik şəadətnaməsi nümayiş olunub. Kübranın ailəsi qocanın üzünün efirdə gizlədilməməsini tələb edib.
BAKU.WS