Qubanın Amsar kəndində yaşsyan Vətən Müharibəsi qazisi Anar Quliyev tələbə adını qazanıb.
Bizim.Media xəbər verir ki, 26 yaşlı Anar Quliyev müharibədən əvvəl, hələ 2016-cı ildə Quba Dövlət Sosial İqtisadi Kollecini bitirib.
Vətən müharibəsində Suqovuşan və Talış kəndi ərazisində gedən döyüşlərdə iştirak edən və yaralanan Anarın tələbə olmaq istəyinə heç bir çətinlik mane olmayıb.
Subbakalavr kimi qəbul imtahanında qüvvəsini sınayan Anar Quliyev Azərbaycan Kooperasiya Universitetinin marketinq fakültəsinə qəbul olub.
Anar söhbət zamanı ali təhsil almağın heç vaxt gec olmadığını bildirərək əyani şöbədə oxuyacağını deyib.
Vətən müharibəsi qazisi döyüşdə xidmətlərinə görə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə "Cəsur döyüşçü" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.