Logo

Gənc tədqiqatçı İslam İnkişaf Bankının təqaüdünə layiq görülüb

05.09.2021 13:04 439 baxış
IMG

Azərbaycan Milli Elmlər Akademiyası Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Populyasiya genomiksi laboratoriyasının kiçik elmi işçisi Gülmirə Əlibəyova İslam İnkişaf Bankının 2021-2022-ci akademik il üçün elan etdiyi Doktorantura və Postdok tədqiqat proqramı müsabiqəsinin qalibi olaraq təqaüdə layiq görülüb.

G.Əlibəyova 2017-2019 illərdə institutun Molekulyar biologiya ixtisası üzrə magistrantı olub və təhsilini fərqlənmə diplomu ilə bitirib. 2020-ci ildə eyniadlı ixtisas üzrə Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun dissertanturasına daxil olub. Gənc tədqiqatçı hazırda “Ürək-damar və tənəffüs sistemlərinin patogenezində angiotenzin çevirən ferment geninin polimorfizminin tədqiqi” mövzusunda elmi tədqiqatlar aparır.

Xəbər lenti